Makronun reytinqi 15 faizə düşdü

11.10.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makronun reytinqi 15%-ə düşərək bütün dövrlərin ən aşağı səviyyəsinə enib.

Axar.az xəbər verir ki, bu barədə “İpsos” sorğu şirkəti və CESİ mühəndislik məktəbinin keçirdiyi rəy sorğularının nəticələrində qeyd olunub.

Məlumata görə, sorğular 18 yaşdan yuxarı 1000 fransız arasında 7-8 oktyabr tarixlərində keçirilib.

Respondentlərin yalnız 15 faizi Makronun fəaliyyətini bəyənib. 82 faiz isə prezidentin hazırki siyasətindən narazılıqlarını bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью