Makronun reytinqi rekord həddə düşüb

21.07.2025

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Fransa prezidenti Emmanuel Makron (19%) və baş nazir Fransua Bayrunun (18%) bəyənmə reytinqi Beşinci Respublika tarixinin ən aşağı reytinqi olub.

Gununsesi.info xəbər verir ki, bunu “Journal du Dimanche” üçün “İfop” sorğusunun məlumatları sübut edir.

Onların hər ikisinin ümumi balı 37 təşkil edib ki, bu da 2014-cü ildə Fransua Olland və Manuel Valsdan (51 bal) aşağı nəticədir. Makronun seçici dəstəyi 49 %-ə düşüb, 2022-ci ildən bu yana 12 bal itirib.

“Makron reytinqi 20 %-dən aşağı düşmüş ilk prezident kimi tarixə düşdü. Hətta “sarı jiletlilər” böhranının pik nöqtəsində bu, 23 % idi”, – tədqiqatın müəllifləri qeyd edirlər.

Kəskin azalmaya vətəndaşların sosial ədalətsiz hesab etdiyi 2026-cı il büdcə qanunu kömək edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью