Makronun siyasi təsiri zəifləyir: Fransa 2027 ci ilə hazırlaşır

02.02.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 2 fevral, AZƏRTAC

“Politico” nəşri yazır ki, Fransa Prezidenti Emmanuel Makron ölkə büdcəsinin yekun təsdiqindən sonra “axsaq ördəyə” çevrilir.

AZƏRTAC xəbər verir ki, yanvarın 30-da Fransanın Baş naziri Sebastyan Lökornü 2026-cı il büdcə layihəsinin parlament səsverməsi olmadan qəbul olunduğunu elan edib. Fransa mediasının məlumatına görə, müxalifət partiyaları bazar ertəsi hökumətə qarşı etimadsızlıq votumu keçirməyə cəhd göstərə bilər, lakin səsvermə baş tutmayacaq. Fransa qanunvericiliyinə görə, bundan sonra büdcə qəbul edilmiş hesab olunacaq.

Fransanın hazırkı və sabiq nazirləri, parlament üzvləri və müşavirlər də daxil olmaqla bir sıra siyasətçilər anonimlik şərti ilə nəşrə bildiriblər ki, büdcə ilə bağlı siyasi mübarizə artıq başa çatıb. Hazırda ölkənin bütün siyasi təbəqəsi diqqətini Emmanuel Makronun iştirak edə bilməyəcəyi 2027-ci il prezident seçkilərinə hazırlığa yönələcək. Beləliklə, prezident səlahiyyət müddəti uzadılma imkanı olmadan başa çatan siyasətçiyə - “axsaq ördəyə” çevrilir ki, bu da onun mövqeyini zəiflədir.

Buna baxmayaraq, Fransa Prezidentinin xarici və təhlükəsizlik siyasəti üzərində geniş səlahiyyətləri olduğundan Emmanuel Makron beynəlxalq səhnədə vacib rol oynamağa davam edəcək. ABŞ Prezidenti Donald Tramp administrasiyasının fəaliyyəti nəticəsində qlobal siyasətdə yaranan “qarışıqlıq” onun rolunun əhəmiyyətini saxlayacaq.

Nəşr, həmçinin vurğulayır ki, Sebastyan Lökornünün büdcə böhranının həllindəki uğuru onu 2027-ci il prezident seçkilərində potensial namizədə çevirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью