Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskva Yaxın Şərq İnstitutunun ekspertlərinin qənaətinə görə, rəsmi Paris 2024-cü ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra yeni rəhbərliyin əsas tərəfdaşlarından birinə çevrilməyə çalışır. Fransa bu addımla Yaxın Şərqdəki mövqelərini gücləndirməyi və yerli biznes strukturları üçün yeni imkanlar açmağı hədəfləyir. Bununla belə, hazırda Dəməşq üzərindəki real təsir rıçaqları ilk növbədə ABŞ və Səudiyyə Ərəbistanının əlində cəmləşib.
Bu səbəbdən, Makronun Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya səfər edən ilk Avropa İttifaqı (Aİ) lideri kimi bu addımı tarixi xarakter daşısa da, Paris bu diplomatik gedişi konkret siyasi və iqtisadi dividendlərə çevirməkdə çətinlik çəkəcək.
Araşdırmanın müəlliflərinin fikrincə, Fransanın Suriyadakı gələcək nüfuzu fransız şirkətlərinin bəyan edilmiş investisiya layihələrini reallaşdırmaq və ölkənin energetika, eləcə də nəqliyyat sektorlarında möhkəmlənmək bacarığından birbaşa asılı olacaq.
Tariyel Həsənov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Bu səbəbdən, Makronun Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya səfər edən ilk Avropa İttifaqı (Aİ) lideri kimi bu addımı tarixi xarakter daşısa da, Paris bu diplomatik gedişi konkret siyasi və iqtisadi dividendlərə çevirməkdə çətinlik çəkəcək.
Araşdırmanın müəlliflərinin fikrincə, Fransanın Suriyadakı gələcək nüfuzu fransız şirkətlərinin bəyan edilmiş investisiya layihələrini reallaşdırmaq və ölkənin energetika, eləcə də nəqliyyat sektorlarında möhkəmlənmək bacarığından birbaşa asılı olacaq.
Tariyel Həsənov
AzVision.az