Makronun tətil fotoları səs küyə səbəb oldu

15.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Fransa Prezidenti Emmanuel Makronun yay tətilindən yayılan görüntülər ölkə gündəminin əsas müzakirə mövzularından birinə çevrilib.

“Cebheinfo.az” xəbər verir ki, 48 yaşlı Makron Fransanın isti hava dalğaları, quraqlıq və böyük meşə yanğınları ilə mübarizə apardığı bir vaxtda Fransa Rivierasında su xizəyi sürərkən görüntülənib.

Fotolardan birinin avqustun 14-də “Paris Match” jurnalının üz qabığına çıxarılması isə müzakirələri daha da qızışdırıb.Makronun prezidentin yay iqamətgahı olan Fort de Breqansonda istirahət etdiyi vaxt çəkilən görüntülərdə onun su idmanı ilə məşğul olduğu görünür. 

Jurnal “jet ski” görüntüləri ilə yanaşı, Makronun “foil-sörf” etdiyi digər fotoları da dərc edib.Məlumata görə, Fransa Prezidentinin yay tətilində yalnız su xizəyi və sörf deyil, boks və qaçış kimi idman növləri ilə də məşğul olduğu bildirilib.

Lakin Fransanın müxtəlif bölgələrində meşə yanğınları ilə mübarizə davam etdiyi bir vaxtda yayılan bu görüntülər Makronun tətilini qısa müddətdə siyasi müzakirələrin mərkəzinə gətirib.

Fotolara xüsusilə sol müxalifət düşərgəsindən sərt reaksiyalar gəlib.Yaşıllar Partiyasının lideri Marine Tondelier fransız xalqının “qiyamət kimi bir yay” keçirdiyini bildirərək Makronun tətil görüntülərini tənqid edib.

Sosialist Partiyasının lideri Olivier Faure isə prezidentin verdiyi mesajın yanlış olduğunu deyib.
“Fransa yanarkən və bir çox fransızın hətta tətilə getməyə belə imkanı çatmadığı halda, prezident Breqansonda jet ski üzərində əylənir”, - deyə Faure bildirib.

Tənqidlər bununla da yekunlaşmayıb. Senator Pierre Ouzoulias Makronun fotolarını “uyğunsuz” adlandırıb.
O, Prezidenti “jet ski" üzərində deyil, yanğınlarla mübarizə aparan yanğınsöndürənlərə dəstək verərkən görmək istədiyini deyib.

Senatorun fikrincə, Makronun yanğınsöndürmə əməliyyatlarının aparıldığı ərazilərdə olması daha doğru mesaj verərdi. Müzakirələr böyüdükcə Makronun ətrafından da diqqətçəkən açıqlama gəlib.

Prezidentin yaxın çevrəsindən olan bir məmur bildirib ki, Makron son doqquz il ərzində hər yay icazəsiz şəkildə fotoqraflar tərəfindən görüntülənib.

Beləliklə, Fransada müzakirələrin bir tərəfində ölkə yanğınlarla mübarizə apararkən tətil edən prezident görüntüsü, digər tərəfində isə şəxsi həyatına müdaxilə edildiyini bildirən Makronun mövqeyi dayanır.

“Paris Match” jurnalının üz qabığına çıxarılan fotolar isə artıq Makronun ən çox müzakirə olunan yay tətili görüntülərindən birinə çevrilib.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью