Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, “Paris Match” jurnalının yayımladığı fotolarda 48 yaşlı Makronun Fort de Breqanson yaxınlığında dənizdə reaktiv xizək sürdüyü, foil-sörfinq etdiyi və istirahətdən zövq aldığı görünür.
Görüntülərin yayımlandığı vaxt Fransa güclü istilər, quraqlıq və genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Bu səbəbdən müxalifət prezidentin tətilə çıxmasını sərt tənqid edib.
Yaşıllar Partiyasının lideri Marine Tondelier Makronun davranışını “Fransa yanarkən özünə tətil reklamı etdirmək” kimi qiymətləndirib. Sosialist lider Olivier Faure isə prezidentin reaktiv xizəklə əylənməsinin cəmiyyətə yanlış mesaj verdiyini bildirib.
Kommunist senator Pierre Ouzoulias da Makronu tənqid edərək onun yanğınsöndürənlərə dəstək verməsinin daha doğru olacağını deyib.
Makronun komandası isə fotoların icazəsiz çəkildiyini vurğulayıb. Prezidentin köməkçiləri “Paris Match” jurnalının yayımına etiraz etsələr də, görüntülərin yaratdığı siyasi müzakirə səngiməyib.
Fransada əsas sual isə belədir: ölkə yanğınlarla mübarizə apararkən prezidentin tətil görüntüləri sadəcə şəxsi istirahət, yoxsa ictimai məsuliyyət baxımından yanlış mesajdır?
Bizimyol.info