Makronun Ukraynaya “Rafale” verməsi dəlilikdir Dandıkin

17.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

“Rafale” ciddi bir qırıcıdır. Bu, dördüncü nəsil, hətta ola bilsin ki, beşinci nəsil qırıcıdır. Əgər o, həqiqətən də Ukraynaya “Rafale” verərsə, bu, Makron dəliliyidir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert və istefada olan birinci dərəcəli kapitan Vasili Dandıkin deyib.

"Bu, tamamilə vurula bilən təyyarədir, lakin hazırda Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi F-16 və “Miraj”lardan xeyli güclüdür”, - o bildirib.

Dandıkin “Rafale”ni “Fransanın fəxri” adlandırıb və anlaşmanı gözlənilməz hesab etdiyini əlavə edib.

Qeyd edək ki, Fransa ilə Ukrayna arasında uzunmüddətli əməkdaşlığı müəyyən edən tarixi müqavilə imzalanıb. Müqaviləyə əsasən, Ukrayna Fransadan 100 ədəd “Rafale” qırıcısı alacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью