Makronun və hökumətin istefası tələb edildi

22.11.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir sıra fransalı siyasətçi Prezident Emmanuel Makron və Baş nazir Sebastyan Lekornyunun hökumətinin istefasını tələb edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə solçu partiya "Təslim olmayan Fransa"nın parlament fraksiyasının lideri Matilda Pano sosial şəbəkələrdə bildirib.

Məlumata görə, bundan sonra deputatlar demək olar ki, yekdilliklə 2026-cı il üçün büdcə layihəsini rədd ediblər.

"404 səs "əleyhinə" və cəmi bir səs "lehinə" olmaqla. Büdcə layihəsi heç vaxt belə qüvvələr nisbəti ilə rədd edilməmişdi. Biz bu büdcəyə mane olmaq üçün əlimizdən gələni edəcəyik. Sebastyan Lekornyuya - etimadsızlıq. Makrona - istefa!" - o yazıb.

Sağçı "Qalx, Fransa" partiyasının lideri Nikola Dyupon-Enyan da Makronun hakimiyyətdən uzaqlaşdırılması və yeni seçkilərin təşkilinin ölkəni "xilas etmək üçün yeganə həll" olduğunu bildirib.

Öz növbəsində, sağçı "Milli Birlik" partiyasının deputatlar fraksiyasının lideri Marin Le Pen hökumətin istefasını və parlamentin buraxılmasını tələb edib. "Vətənpərvərlər" partiyasının lideri Florian Filippo da kabinetinin istefasını tələb edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью