Makronun Yeni Kaledoniya və Azərbaycanın müdaxiləsi ilə bağlı irəli sürdüyü fikirlər əsass…
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Emmanuel Makronun son çıxışı Fransanın 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı aqressiv xarici siyasətinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Bu çıxış əvvəlki kimi təhrif olunmuş materiallar və faktların manipulyasiyası ilə müşayiət olunmuş, təxribat xarakterli bəyanatlarla yadda qalmışdı”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.Politoloq vurğulayıb ki, Makronun vurğuladığı üç əsas epizod üzrə isə real vəziyyət tam fərqlidir:“Emmanuel Makron təkcə Fransanın daxili auditoriyasını deyil, dünya ictimaiyyətini də aldatmağa çalışır.
O, iddia edir ki, hazırkı dövrdə Rusiya ilə Ermənistan arasındakı münasibətlərin dəyişməsi səbəbindən Rusiya guya Azərbaycana Qarabağdakı separatçı rejimin süqutunda dəstək verib.
Makronun arqumentinə görə, bu, Ermənistanın baş naziri Nikol Paşinyanın qətiyyətli mövqeyinə görə Rusiya tərəfindən cəza tədbiri kimi həyata keçirilib.
Lakin bu yanaşma gerçəkliyi əks etdirmir. Avropa Komissiyasının apardığı araşdırmalara əsasən, Ermənistan uzun müddətdir Rusiya sanksiyaları
Ermənistan Rusiyaya Avropa İttifaqının tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün platforma rolunu oynayır”.
Y.Hacıyeva onu da qeyd edib ki, Fransa bu faktları ört-basdır edərək, Avropa qurumları yanında Ermənistanı müdafiə edir və rəsmi İrəvanın “Rusiya-Ermənistan münasibətlərinin pozulması” tezisini müdafiə edir:“İkinci məsələ müasir Fransa-Ermənistan münasibətlərinin erməni lobbisinin təsiri altında formalaşmasıdır.
Tam oxu
Xəbəri oxu