Makronun Zelenski ilə ABŞ a səfəri… Yelisey təkzib etdi

06.03.2025

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə Vaşinqtona səfər etməyi planlaşdırmır.

Axar.az xəbər verir ki, bu barədə Yelisey Sarayı açıqlama yayıb.

Qeyd edək ki, “Meyli Meyl” Böyük Britaniya Baş naziri Keyr Starmer və Fransa Prezidenti Emmanuel Makronun Ukraynada sülh planını təqdim etmək üçün gələn həftə Vladimir Zelenski ilə birlikdə Vaşinqtona getməyə hazır olduğunu yazıb. Fransa hökumətinin sözçüsü Sofi Prima isə bildirib ki, variantlar nəzərdən keçirilir, lazım gələrsə, Makron Zelenski və Böyük Britaniyanın baş naziri ilə yenidən Vaşinqtona səfər edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью