Maks ABŞ ın tarixi müttəfiqini təhqir etdi Nə baş verir? | Icma.az
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Tramp uzun illərdir ABŞ-ın strateji müttəfiqi hesab olunan Böyük Britaniyaya da etibar etmir.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Trampın sağ əli olan İlon Mask Böyük Britanyanın Baş nazri Keyr Starmerin ünvanına təhqiramiz fikirlər söyləyib: “Amerikalı milyarder Mask Starmeri ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdən və Londonun bu məqsədlə Vaşinqtona agentlər göndərməkdən tutmuş onu asiyalı miqrantların kütləvi zorlanmasında iştiraka qədər, müxtəlif cinayətlərdə ittham edib.
“Starmer mühakimə olunmalıdır” deyən Mask Böyük Britaniyanın baş nazirinin istefa verməsinin vacibliyini bildirib.
İlon Mask Böyük Britaniyanın radikal sağçı “Reform UK” partiyasının lideri Naycel Faracı dəstəklədiyini və onun partiyasını maliyyələşdirəcəyini gizlətməyib.
Doğrudur, Naycel Farac vaxtilə ölkəsinin Avropa Birliyindən çıxmasına nail olsa da, onun Böyük Britaniyada elə böyük nüfuzu yoxdur.
Buna baxmayaraq, İlon Mask başqa ölkənin daxili işlərinə qarışmaqda, liderini aşağılamaqda və başqa ölkənin partiyasını maliyyələşdirməklə qanun pozunsutuna yol verməkdə qəbahət görmür.
Tam oxu
Xəbəri oxu