Maks Ferstappen 4cü dəfə “Formula 1” üzrə dünya çempionu olub

24.11.2024

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə “Formula 1” üzrə dünya çempionatının qalibi olub.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, o, buna Las Veqas Qran-prisində yarışı beşinci sırada başa vurmaqla nail olub.

ABŞ-dəki yarışda “Mercedes” sürücüsü Corc Rassel birinci olub. Onun komanda yoldaşı yolda Lyuis Hemilton ikinci yeri tutub.

“Ferrari”dən Karlos Sayns “üçlüy”ü tamamlayıb.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью