Maks Ferstappen Bakıdakı yarışını dəyərləndirdi

26.09.2026

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci yeri tutan “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen yarışın gedişatını dəyərləndirib.

İdman.Biz xəbər verir ki, dördqat dünya çempionu Bakı yarışında mübarizənin çətin keçdiyini bildirib.

“Yaxşı yarış keçirdik. İlk hissə bir qədər çətin idi, amma yuxarı pillələrə qalxa bildik. Sonra isə ikinci yer üçün mübarizə başladı. Sonuncu dövrədə sarı bayraqlar oldu, fərq çox az idi. Yaxınlaşdım, amma ötmək üçün kifayət etmədi. Yenə də bütün gücümüzü ortaya qoyduq.

Bir neçə dəfə baryerlərə toxundum. Hər şey qaydasında idi, sadəcə döngəni bir az daha geniş almağa çalışırdım. Əsas odur ki, sonluq yaxşı oldu”.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью