Maks Ferstappen dünya çempionu 4cü dəfə

24.11.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Formula-1" üzrə dünya çempionatında 2024-cü il mövsümünün çempionu müəyyənləşib. Sport24.az xəbər verir ki, Maks Ferstappen ardıcıl 4-cü dəfə titula sahib olub.

"Red Bull" pilotu Las-Veqas Qran-prisində 5-ci yeri tuturaq, topladığı xalların sayını 393-ə yüksəldib. O, ən yaxın izləyicisi Lando Norris ("Maklaren") 62 xal qabaqlayıb.

ABŞ-da "Mersedes" sürücüləri ilk iki pillədə qərarlaşıblar. Rassell 1-ci, Hemilton 2-ci yeri tutub. Karlos Sayns ("Ferrari") podiumun üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, mövsümün bitməsinə 2 yarış qalıb. Qatar və Abu-Dabi Qran-priləri keçiriləcək.

Formula-1. Las-Veqas Qran-prisi:

1. Corc Rassell ("Mersedes") - 50 dövrə.

2. Lyuis Hemilton ("Mersedes") +7.313.

3. Karlos Sayns ("Ferrari") +11.906.

4. Şarl Lekle ("Ferrari") +14.283.

5. Maks Ferstappen ("Red Bull") +16.582.

6. Lando Norris ("Maklaren") +43.385.

7. Oskar Piastri ("Maklaren") +51.365.

8. Niko Hulkenberq ("Haas") +59.808.

9. Yuki Tsunoda ("RB") +1:02.808.

10. Serxio Peres ("Red Bull") +1:03.11

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью