Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04.10.2026

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə Malayziya Qran-prisinin qalibi olub.

"Report" xəbər verir ki, 29 yaşlı dördqat dünya çempionu cari mövsümdə ilk qələbəsini qazanıb.

İkinci yeri "Mercedes" pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə "Ferrari"dən Luis Hamilton tutub.

"Mercedes"in digər pilotu Corc Rassell 50-ci dövrəyədək üçüncü pillədə olub, lakin mühərrikində yaranan problem səbəbindən yarışı davam etdirə bilməyib.

Yağış səbəbindən 1 saat 24 dəqiqə gec başlayan yarış Malayziyanın "Sepanq" avtodromunda keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью