Maks Ferstappen yenidən Formula 1 üzrə dünya çempionu olub

24.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionu olub.

APA-nın xəbərinə görə, Maks Ferstappen buna Las Veqas Qran-prisini beşinci sırada - ən yaxın rəqibi Lando Norrisdən öndə başa vurmaqla nail olub.

Las Veqas Qran-prisini "Mercedes" sürücüsü Corc Rassel birinci, komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari" pilotu Karlos Sayns üçüncü yerdə tamamlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью