Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
“Biz bu gün Bakıda COP29-da olmaqdan və turizm sektoruna xüsusi diqqət yetirilməsindən çox məmnunuq”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-da iştirak edən Qırğız Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Turizm Departamentinin direktoru Maksat Usubəliyev deyib.
“Bu səhərdən biz turizmin davamlı inkişafından danışırıq. Əsasən, mövzumuz dağ turizminin inkişafı - mövcud problemlər, onun inkişaf perspek
Qırğızıstanın 90 faizindən çoxunun dağlıq ərazi olduğunu nəzərə alsaq, əlbəttə ki, bu mövzu çox aktualdır.
Bakıda təşkilati məsələlərdən danışırıqsa, bu, bizim buraya ilk səfərimizdir və lap əvvəldən, ölkəyə gələndən çox yaxşı təəssürat bağışlayır.
Qonaqpərvərlik dərhal görünür və hiss olunur. Stenddə iş şəraiti çox yaxşıdır.
Bildiyimə görə, Qırğızıstan ilk dəfədir ki, ayrı stendlə iştirak edir”, - agentliyin həmsöhbəti qeyd edib.