Maksim ingilislərə Qurbanovdan danışdı: “Heç kim bu vəzifədə qalacağına inanmırdı”

28.01.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ın sabiq futbolçusu Maksim Medvedev “The Guardian” nəşrinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, keçmiş müdafiəçi “Liverpul” – “Qarabağ” oyunu haqda danışarkən komandanın baş məşqçisi Qurban Qurbanovla bağlı fikirlərini bölüşüb:

“Qurbanov “Qarabağ”a gələndə gənc məşqçi idi. Həmin dövrlərdə yerli məşqçilərə çox şans verilmirdi. Qurbanov sıfırdan başlamışdı və heç kim onun bu vəzifədə qalacağına inanmırdı. Lakin tez zamanda başa düşdük ki, o, möhtəşəm məşqçidir. Kubok qazandıq, Avropa Liqasının təsnifat mərhələsində “Rusenborq”u məğlub etdik. Böyük macəra bundan sonra başladı.

Heç vaxt ulduz futbolçu transfer etməmişik. Qurbanov üçün bütün futbolçular bərabərdir. Yeni gələnlərə tələblərini bildirir və bundan sonra onlar çalışaraq heyətin bir parçası olurlar. Qurbanovla işlədiyim müddətdə kiminləsə ciddi münaqişəsini görməmişəm. Düzdür, sərt məşqçidir, intizama böyük önəm verir, amma eyni zamanda çox ədalətlidir. Hamı onu sevir, hörmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью