Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır. "Qarabağ" "Ayntraxt"la oyunda qələbə qazanmaq üçün hər şey edib.
Bura Antalyada təşkil olunan təlim-məşq toplanışını da aid etmək olar".
Bu sözləri Sport24.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Maksim Medvedev deyib.Veteran futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçı ilə bağlı fikirlərini bölüşüb:"Hazırda komandanın durumu yaxşıdır, futbolçular əvvəlki formalarını bərpa edirlər.
Hətta zədəli futbolçular da geri dönüb. Fikrimcə, maraqlı oyuna şahidlik edəcəyik.
Futbolçular Qurban Qurbanovun tapşırıqlarını yerinə yetirə bilsələr, yaxşı nəticə əldə edə bilərik.
Almaniya təmsilçisinə gəlincə, heyətdə yer alan futbolçular fərdi olaraq güclüdür. Hamısı bu görüşə hazırdır.
İnanıram ki, Qurban Qurbanov da rəqibi yaxşı təhlil edib. Doğma meydan amili də bizə çox kömək ola bilər.
Pley-off mərhələsinə yüksəlmək şansı komandanın öz əlimizdədir.