Maksim Medvedev: Müəyyən müddət onun yoxluğu hiss olunacaq

17.08.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Abdullah Zubir karyerasının ən yaxşı illərini "Qarabağ"da keçirdi. Komandanın son uğurlarında onun payı danılmazdı". Bu sözləri Sport24.az-a açıqlamasında Maksim Medvedev deyib.
Veteran futbolçu "Qarabağ"ın kapitanı Abdullah Zubirin komandadan ayrılmasının Ağdam təmsilçisinə təsir edəcəyini bildirib:
"Məncə, ölkəmizə gələn ən yaxşı legionerlər siyahısında Zubirin də adı olacaq. O, təkcə "Qarabağ" üçün yox, Azərbaycan futbolu üçün də böyük fiqur idi. Uzun illər Ağdam klubunda çıxış etdi və komanda yoldaşları ilə yaxşı kommunikasiya qurmuşdu. Futbolçu karyerası ömürlük deyil. Elə bir vaxt gəlib çatır ki, karyeranın pik nöqtəsi geridə qalır və başqa qərarlar vermək qaçılmaz olur. Məncə, Zubir də artıq futboldakı bu tempdən yorulduğunu hiss edir. Bunu daha yaxşı bilirəm, çünki özüm də bunları yaşamışam. Zubirin gedişinin "Qarabağ"a təsiri olacaqmı? Əlbəttə, olacaq. O, futbolçulara daim dəstək olurdu, meydanda isə təcrübəsi ilə sözünü deyirdi. Müəyyən müddət onun yoxluğu hiss olunacaq. Özümüz də görürük ki, "Qarabağ" hazırda daha çox gənc və yeni futbolçulardan ibarətdir. Onların pik formaya çatması üçün isə müəyyən zaman lazımdır".
Qeyd edək ki, Zubir karyerasını Qətərin "Əl-Şahaniya" klubunda davam etdirəcək. O, 2018-ci ildən "Qarabağ"da oynayırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью