Maksim Medvedev təltif edildi

15.07.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uzun illər Azərbaycan millisinin şərəfini qorumuş, bu il peşəkar futbolçu karyerasını başa vuran Maksim Medvedev təltif edilib.

Futbolpress.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda Azərbaycan – İsveç oyunundan əvvəl ölkə futbolundakı xidmətlərinə görə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş “Zirə” klubunun hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) tərəfindən təltif edilib.

Ona simvolik olaraq çərçivəyə salınmış Azərbaycan milli komandasının forması təqdim edilib.

Maksim Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью