Maksim Qalkin Bakıya gəldi

12.11.2026

Olay.az saytına istinadən Icma.az xəbər verir.

Rusiyalı şoumen, teleaparıcı və komediya ustası Maksim Qalkin Bakıda görüntülənib.

OLAY yazır ki, onun paytaxtımıza səfəri barədə “Avroviziya” qalibimiz Nigar Camal məlumat yayıb.

Belə ki, müğənni sosial şəbəkə hesabında Qalkinlə İçərişəhərdə təsadüfən qarşılaşdığını bildirib.

“İçərişəhərdə Maksim Qalkinlə gözlənilməz qarşılaşma necə də xoş oldu! Qonaqlarımıza hər zaman şadıq!”, – deyə Nigar paylaşımında qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью