Maksimov Azərbaycandan təklif alıb

08.06.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynalı məşqçi Yuri Maksimov Azərbaycandan təklif alıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis bu barədə “Tribuna” nəşrinə açıqlamasında deyib. O, Azərbaycanla yanaşı, daha bir neçə ölkədən təklif aldığını bildirib:

“Azərbaycan, Qazaxıstan və Sloveniyadan təklifim var. Lakin hələ heç nə dəqiqləşməyib. Sadəcə Azərbaycandan gözləməli olduğumu dedilər”.

Maksimov 2017/18 mövsümündə “Keşlə”ni (indiki “Şamaxı”) çalışdırıb. Mütəxəssisin son iş yeri Ukraynada “Vorskla” olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью