futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının XXXII turunun “Zirə” – “Sumqayıt” oyunundan (2:1) sonra qonaq komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:
– “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Gənc oyunçularla oynadıq. Uşaqlar üçün böyük təcrübə oldu. Təbii ki, xal da qazana bilərdik, amma alınmadı. Hesab edirəm ki, komanda bu gün maksimumu etdi.
– “Sumqayıt” üçün 6 və ya 7-ci yeri tutmağın əhəmiyyəti var?
– Təbii ki, bu, eyni deyil. Son oyun olsa da, bizim üçün vacibdir. Maksimum nəticəni əldə etmək istəyirik. Oyun da Sumqayıtda olacaq, özü də “Qarabağ”a qarşı.