Mal əti bir az da bahalaşdı

06.08.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

İsmayıllıda mal ətinin qiyməti bahalaşıb.

“Yeni Sabah” Milli.az-a istinadən xəbər verir ki, son iki gün ərzində rayon üzrə pərakəndə satışda ətin kiloqramı 17 manatdan 18 manata yüksəlib.

Qəssablar bildirirlər ki, qiymət artımı satış həcminə də mənfi təsir göstərib. Alıcılar da bahalaşmanı hiss etdiklərini, bunun gündəlik ərzaq xərclərinə əlavə yük yaratdığını deyirlər. pizza mizza

Satıcıların sözlərinə görə, qiymət dəyişikliyinin əsas səbəbi fərdi təsərrüfatlardan alınan diri iribuynuzlu heyvanların bahalaşmasıdır. Alış qiymətlərinin artması nəticədə mal ətinin pərakəndə satış qiymətinin də yüksəlməsinə səbəb olub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью