Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gədəbəy rayonunda 78 yaşlı kənd sakini heyvanların otu tələf etməsi səbəbindən həmkəndlisini döyüb. Hadisə ötən il iyunun 26-da rayon kəndlərindən birində qeydə alınıb.
Demokrat.az xəbər verir ki, 1948-ci il təvəllüdlü Mahmud mərhum qardaşı Elbəyə məxsus boş evin həyətinə ot biçməyə gedib. O, otların həmkəndlisi Zahirə məxsus iribuynuzlu heyvan tərəfindən əzildiyini görüb. Mahmud Zahiri çağıraraq ona irad bildirib. Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Münaqişə zamanı Mahmud əlindəki dəryazın taxta hissəsi ilə Zahirin sol qoluna zərbə endirib.
Mahmuda qarşı Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə qəsdən sağlamlığa az ağır zərər vurmanı nəzərdə tutur.
Gədəbəy rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilib. Qərar Milli Məclisin 19 dekabr 2025-ci il tarixli amnistiya qərarına əsasən qəbul edilib. Konstitusiya və Suverenlik İli münasibətilə tətbiq edilən amnistiya nəticəsində o, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik. Demokrat.az xəbər verir ki, 1948-ci il təvəllüdlü Mahmud mərhum qardaşı Elbəyə məxsus boş evin həyətinə ot biçməyə gedib. O, otların həmkəndlisi Zahirə məxsus iribuynuzlu heyvan tərəfindən əzildiyini görüb. Mahmud Zahiri çağıraraq ona irad bildirib. Bu səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Münaqişə zamanı Mahmud əlindəki dəryazın taxta hissəsi ilə Zahirin sol qoluna zərbə endirib.