Malavinin vitseprezidenti Azərbaycana səfərə gəlib

10.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.

Malavi Respublikasının vitse-prezidenti Mixael Bizuik Usi noyabrın 10-da BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью