Malayziya BRICSin tərəfdaşı OLACAQ

08.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Malayziyanın Moskvadakı səfiri Çeonq Lun Lay ölkənin BRICS-in tərəfdaşı olmağa razılaşdığını açıqlayıb.

Modern.az “TASS”a istinadən xəbər verir ki, diplomatın sözlərinə görə, ölkə hakimiyyəti noyabrın ortalarında rəsmi dəvət alıb.

“Biz BRICS-in sədri olan Rusiyaya cavab verdik ki, biz bu assosiasiyanın bir hissəsi olmağa razıyıq”.

Qeyd edək ki, hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью