Malayziya klubu Kevin Medinanın keçidini açıqlayıb

03.07.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 iyul, AZƏRTAC

“Qarabağ”dan ayrılan Kevin Medina karyerasını Malayziyada davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı müdafiəçi bu ölkənin “Yohor Darul Tazim” komandasına keçib.

Futbolçu ilə bağlanan müqavilənin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü Eddi İsrafilov və vaxtilə “Sabah”da oynamış Con İrasabal da həmin komandada çıxış edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью