Malayziya səmada loqistika şəbəkəsi qurur

23.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Malayziya hökuməti səhiyyə sisteminin infrastrukturu çətin əlçatan olan regionlarda effektivliyini artırmaq məqsədilə innovativ tibbi logistika layihəsinə start verir. 2026-cı ilin payızında ölkə üzrə uzaq və çətin gedilən yaşayış məntəqələrinə həyati əhəmiyyətli dərman vasitələrinin pilotsuz uçuş aparatları (dronlar) vasitəsilə çatdırılması sisteminin tətbiqinə başlanılacaq.

Yeni xidmət modeli ilk növbədə xroniki xəstəliklərdən əziyyət çəkən və mərkəzi klinikalardan uzaqda yaşayan vətəndaşların vaxtında və kəsintisiz olaraq lazımi preparatlarla təmin olunmasına yönəlib. Bu innovasiya pasiyentlərin tibb mərkəzlərinə getmək üçün sərf etdikləri vaxtı və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, təcili tibbi vasitələrin ünvana çatdırılma müddətini də minimuma endirəcək.

Malayziya Səhiyyə Nazirliyinin strategiyasına əsasən, payızda başlanacaq test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, layihənin miqyası genişləndirilərək bütün ölkə ərazisini əhatə edəcək. Dövlət səviyyəsində dəstəklənən bu texnoloji təşəbbüs gələcəkdə milli səhiyyə sisteminin böhranlara davamlılığını artırmaq və əhalinin bütün təbəqələri üçün tibbi xidmətlərin əlçatanlığını təmin etmək baxımından strateji addım kimi qiymətləndirilir.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью