Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Malayziyada polis helikopteri qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Gelanq-Patax şəhəri yaxınlığında baş verib.
Təlim uçuşu edən helikopterdə 3-ü kişi, 2-i qadın olmaqla 5 polis əməkdaşı var imiş. İdarəetməni itirən nəqliyyat vasitəsi Pulay çayına düşüb. Xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində zərərçəkənlər vaxtında xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, polis əməkdaşlarının 5-i də yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
L.Tağıyeva