Malayziyada yeni səfirimiz kimdir? Dosye

07.08.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Prezident Əliyevin sərəncamı ilə Xəzər Fərhadov Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Yeni Sabah” diplomatın tərcümeyi-halını təqdim edir:

Xəzər Nadir oğlu Fərhadov 26 iyun 1975-ci ildə Şirvan şəhərində anadan olub. 1996-cı ildə Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq fakültəsini bitirib. Pepperoni pizza

1997-ci ildən 1998-ci ilə qədər Azərbaycan XİN-in İslam Əməkdaşlıq Təşkilatı şöbəsinin köməkçisi, 1998-ci ildən 2002-ci ilə qədər XİN-in Asiya, Afrika və Latın Amerikası ölkələri şöbəsinin köməkçisi, attaşesi və üçüncü katibi, 2002-ci ildən 2006-cı ilə qədər XİN-in İkinci (Şərq) Departamentinin ikinci katibi, birinci katibi və şöbə müdiri vəzifələrində çalışıb.

2006-cı ildən 2008-ci ilə qədər Səudiyyə Ərəbistanındakı Azərbaycan səfirliyində müşavir vəzifəsini tutub. Daha sonralar, 2008-ci ildən 2019-cu ilə qədər XİN- də müxtəlif vəzifələrdə çalışıb. 2019-cu ildən 2021-ci ilə qədər xüsusi tapşırıqlar üzrə səfir vəzifəsini tutub.

16 iyul 2021-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi rütbəsi verilib.

2021-ci ildən Pakistanda səfir olub.

Türk, ingilis, rus və yapon dillərini bilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью