Malayziyalı kişi ağlamaq yarışmasında birinci olub

06.02.2025

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Malayziyada bir kişi ağlama yarışmasında qalib olub  və pul qazanıb. 
Demokrat.az xəbər verir ki, qeyri-adi yarışma 150 dollarlıq baş mükafatı Vakaf Baru adlı şəxsin qazanması ilə başa çatıb.
Müsabiqənin final mərhələsində kişi ağlamaq sənətində öz məharətini nümayiş etdirərək digər üç iştirakçını qabaqlayıb. Tədbirin təşkilatçısı Məhəmməd Nur Amin Çe Nor Asri bildirib ki, müsabiqə 25 nəfərin iştirak etdiyi ilkin mərhələlərlə başlayıb, lakin yalnız dörd nəfər finala vəsiqə qazanıb.
Müsabiqənin sosial şəbəkələrdə yayımlanan videosu bir milyona yaxın baxış toplayıb.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью