Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın “Kalyari” futbol komandasının futbolçusu Daniel Maldini avtomobil qəzasına düşüb.
İdman.Biz ANSA-ya istinadən xəbər verir ki, qəza Milanın şimal kənarında iki avtomobilin iştirakı ilə baş verib. Hadisə nəticəsində 25 yaşlı Maldini və daha beş nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Zərərçəkənlərdən birinə yerində yardım göstərilib, Maldini də daxil olmaqla daha beş nəfər isə müayinə üçün xəstəxanaya aparılıb.
Qəza “Kalyari”nin “Atalanta” ilə oyunundan sonra baş verib. Maldini həmin qarşılaşmada qol vuraraq komandasının səfərdə 2:1 hesablı qələbəsinə töhfə verib. Oyundan sonra futbolçu axşamı Milanda keçirib və daha sonra qəza baş verib.