Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
"Atalanta"nın hücumçusu Daniel Maldini klubunu dəyişib.
Fanat.Az xəbər verir ki, o, mövsümün ikinci yarısını icarə əsasında "Latsio"da keçirəcək.
Məlumatı tanınmış insayder Fabrizio Romano sosial media hesabında paylaşıb.
"Latsio" Maldinini almaq hüququ ilə icarəyə götürmək niyyətindədir. Klublar razılığa yaxındırlar.
Daniel Maldini, "Milan" və İtaliya millisinin keçmiş oyunçusu Paolo Maldininin oğludur. O, 2025-ci ilin fevral ayında "Montsa"dan "Atalanta"ya keçib.
24 yaşlı hücumçu bu mövsüm A Seriyasında 9 oyuna çıxsa da, qol vurmayıb. O, son 4 oyunu ehtiyat oyunçular skamyasında keçirib.
"Transfermarkt" vingerin dəyərini 8 milyon avro olaraq qiymətləndirir.