Maldini İtaliya nəhənglərinə keçə bilər

15.11.2024

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Monza"nın yarımmüdafiəçisi Daniel Maldini klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

23 yaşlı futbolçunu "İnter", "Yuventus", "Atalanta" və "Fiorentina" ilə yanaşı, "Milan" da izləyir.

Maldininin "Monza" ilə müqaviləsində 2025-ci ilin iyul ayının əvvəlində qüvvəyə minəcək və yalnız ayın sonuna qədər qüvvədə olacaq 12 milyon avro dəyərində sərbəst qalma bəndi var.

Daniel Maldini hazırkı A Seriyasında 11 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Oktyabrda Maldini İtaliya millisində debüt edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью