Avtosfer saytına istinadən Icma.az xəbər verir.
"Kalyari"nin yarımmüdafiəçisi, İtaliya futbolunun ən tanınmış oyunçularında biri olan Paolo Maldininin oğlu Daniel Maldini altı nəfərin xəsarət aldığı yol qəzasına düşüb.
Avtosfer.az xəbər verir ki, “Sport Mediaset” hadisənin yeni təfərrüatlarını açıqlayıb.
Bildirilir ki, qəza sonrası xəstəxanaya aparılan Daniel Maldinidən alkoqol və narkotik testi götürülüb. Alkoqol testlərinin hər ikisi müsbət nəticələnib. Futbolçunun nəfəsində 0,91 və 0,89 mq/l alkoqol aşkarlanıb.
Narkotik istifadəsi ilə bağlı ilkin test də müsbət nəticə verib. Hazırda toksikoloji analizinin yekun nəticəsi gözlənilir.
Maldininin qəza ilə bağlı ciddi problemlərlə üzləşə biləcəyi bildirilir./Sports.az