Maldini rəsmən “Kalyari”də

09.08.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi “Atalanta”dan Daniel Maldinini icarəyə götürüb.

24 yaşlı hücumameyilli yarımmüdafiəçinin icarə müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. Razılaşmada satınalma hüququ da var və müəyyən idman şərtləri yerinə yetiriləcəyi halda bu, məcburi öhdəliyə çevriləcək.

Daniel “Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğludur.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Daniel Maldini daha əvvəl İtaliyada “Spetsiya”, “Empoli”, “Montsa” və “Latsio” klublarında icarə əsasında çıxış edib.

“Milan”dan Paredes üçün təklif Lukaku Türkiyədə çıxış edəcək? “Arsenal”a qarşı oyunlar həmişə çətin keçib” “Leypsiq”də ciddi itki “Roma” Pelleqrini ilə bağlı qərarını verdi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью