Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 22 may, AZƏRTAC
Bu, mənim iştirak etdiyim ilk Ümumdünya Şəhərsalma Forumudur. Bakıda son dərəcə səmərəli və məhsuldar görüşlərim oldu.
Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən Maldiv adaları təmsilçisi Hüseyn Ziyat deyib.
İştirakçı, bildirib ki, WUF13 çərçivəsində müxtəlif ölkələrdən gələn çoxsaylı mütəxəssislərlə görüşmək, qlobal sferada mənzil təminatı siyasəti barədə qabaqcıl təcrübələri yaxından öyrənmək imkanı əldə edib.