Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Ayşən İmanova/Banco.az Maldiv adaları hökuməti büdcəni doldurmaq üçün turistlərdən vergiləri artırmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, söhbət “yaşıl” vergi, turist vergisi, hava limanı xidmət haqları və turizm malları və xidmətləri vergisindən gedir.
Qeyd olunub ki, gələn ilin yanvarın 1-dən hər bir turistdən oteldə və ya digər yerləşdirmə obyektində qaldıqları üçün tutulan "yaşıl" vergi iki dəfə artacaq.
50-dən az otaqlı qonaq evlərində və otellərdə qalan turistlər üçün vergi gündəlik 3 dollardan 6 dollara qədər, böyük kurortlarda qalanlar üçün isə 6 dollardan 12 dollara qədər artırılacaq.
Ən sərfəli kredit üçün müraciət et Bu ilin dekabrın 1-dən isə ölkəyə giriş haqqı və hava limanının inkişafı haqqı artırılacaq.
Belə ki, ekonom sinif sərnişinləri üçün vergi 30 əvəzinə 50 dollar, yəni cəmi 100 dollar olacaq.
Biznes sinif sərnişinləri üçün - əvvəlki 60 əvəzinə 120 dollar, cəmi 240 dollar təşkil edəcək.