Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Roma”nın futbolçusu Doniell Malen 2026/27 mövsümünün ilk beş turunda göstərdiyi performansla A Seriyasında avqust və sentyabr aylarının ən yaxşı oyunçusu seçilib.
İdman.Biz İtaliya mediasına istinadən xəbər verir ki, Malen mövsümün ilk beş liqa matçında 6 qol vuraraq bu mükafata layiq görülüb. O, “Roma”nın 4 qələbə və 1 heç-heçə ilə turnir cədvəlinin zirvəsində qərarlaşmasına mühüm töhfə verib.
Niderlandlı hücumçu mövsümün ilk turunda “Fiorentina” ilə görüşdə het-trik edib. Növbəti turda “Leççe”yə qarşı 2 qol vuran Malen sentyabrda “Torino” üzərində 2:0 hesablı qələbədə də fərqlənib.
Malen 2025/26 mövsümünü “Roma”nın heyətində 18 oyunda 14 qolla başa vurub. O, yanvar ayında “Aston Villa”dan İtaliya klubuna keçib.
Qeyd edək ki, Malen mükafat uğrunda Davide Frattezi (“Latsio”), Giorgi Kvernadze (“Frozinone”), Daniel Maldini (“Kalyari”), Lautaro Martines (“İnter”) və Adrien Rabionu (“Milan”) qabaqlayıb.
A Seriyasının baş direktoru Luici De Syervo Malenin çıxışını yüksək qiymətləndirib:
“Doniell Malen ötən ilin yanvarında A Seriyasına gəldiyi gündən bəri nümayiş etdirdiyi qeyri-adi qol vurma göstəricilərini təsdiqlədi. Onun beş oyundakı altı qolu dərhal bombardir titulu uğrunda mübarizəni gərginləşdirdi. Texniki bacarığı, sürəti və qol duyumu Maleni ən yaxşı hücumçulardan birinə çevirir”.
Malenə mükafat oktyabrın 17-də “Roma”nın “Cenoa” ilə ev oyunundan əvvəl təqdim olunacaq.