Mali məktəblərində Fransa inqilabına dair məlumatlar tədrisdən çıxarılıb

14.10.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 14 oktyabr, AZƏRTAC

Mali məktəblərində Fransa inqilabına dair məlumatlar tədris proqramından çıxarılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Afrika Radiosu məlumat yayıb. Bildirilir ki, 9-cu sinfin proqramında ayrıca yer alan fənnin tədrisi Təhsil Nazirliyinin qərarı ilə dayandırılıb. Qərar təcili qaydada qəbul edilib və səbəbləri ilə bağlı heç bir rəsmi məlumat verilmir. Qaydanı pozanların cəzalandırılacağı bildirilir.

Boşalan dərs saatlarında isə Mali və Afrika tarixi tədris olunacaq. Ekspertlər bu addımı tədris suverenliyi yolunda atılan addım kimi dəyərləndirirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью