Malidə “ƏlQaidə” “Vaqner”in avtomobil karvanına hücum edib

23.11.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Terrorçular ən azı yeddi “Vaqner” döyüşçüsünü öldürdüklərini və iki avtomobili partlatdıqlarını bildiriblər

Malinin mərkəzində "Əl-Qaidə" terror təşkilatının silahlıları "Vaqner” rus muzdlularının avtomobil karvanına hücum edib. AYNA xəbər verir ki, bu barədə məlumat “Əl-Qaidə” və onun Afrika qanadı ilə əlaqəli kanallar tərəfindən yayılıb.

Radikalların internetdə yerləşdirdiyi fotoşəkillərdən məlum olur ki, ələ keçirilən silah-sursat və hərbi avadanlıqlar “Vaqner” hərbi şirkətinə aiddir.

Hücumun noyabrın 21-də Malinin mərkəzində baş verdiyi güman edilir. Yaraqlılar ən azı yeddi “Vaqner” döyüşçüsünü öldürdüklərini və iki avtomobili partlatdıqlarını bildiriblər.

Qeyd edək ki, Malidə “Vaqner” muzdluları hökumət qüvvələrinin tərkibində fəaliyyət göstərirlər. Mali hakimiyyəti onları hərbi təlimatçılar adlandırır.

2022-ci ildə hərbi çevriliş nəticəsində Malidə polkovnik Assimi Qoitanın rəhbərlik etdiyi xunta hakimiyyətə gəlib. Xunta Rusiya ilə dostluq münasibətlərini saxlayır. Hökumət həmçinin “Vaqner”lə əlaqəli silahlı strukturların iştirakı ilə qorunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью