Malik Quliyev vəzifədən azad edildi

03.05.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Konservatoriyasında kadr dəyişikliyi olub.

News24.az APA-ya istinadla xəbər verir ki, Milli Konservatoriyanın tədris işləri üzrə prorektoru, tarzən, professor Malik Quliyev vəzifədən azad edilib.

Milli Konservatoriya faktı təsdiqləyib.

Qeyd edək ki, Malik Quliyev prorektor vəzifəsinə qədər sözügedən təhsil ocağında İnsturmental muğam kafedrasının müdiri vəzifəsində çalışıb.

Digər məlumata görə, Nizami Əsədov Milli Konsevatoriyanın tədris işləri üzrə prorektor vəzifəsinə təyinat alıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi faktı təsdiqləyib.

Qeyd edək ki, o bu təyinata qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью