Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Malinin müvəqqəti Prezidenti Assimi Qoita keçid dövrünün baş naziri Çoqel Kokalla Maiqa və onun hökumət üzvlərini istefaya göndərib.
“KONKRET.az-ın məlumatına görə, bu barədə “Malijet” portalı xəbər yayıb. Maiqa 7 iyun 2021-ci ildən hökumətin başçısı vəzifəsində çalışırdı.
O, ötən həftənin sonunda ölkənin hərbi rəhbərlərini keçid dövrünün başa çatma vaxtı ilə bağlı qərar verməyə çağırıb.
Malidə 2020-ci ilin yayından bu günədək iki hərbi çevriliş olub.
Birinci çevriliş zamanı – 2020-ci ilin avqustunda Prezident İbrahim Bubakar Keyta hakimiyyətdən uzaqlaşdırılıb.
Polkovnik Qoitanın başçılığı altında bir qrup hərbi zabit Ba Ndaonu müvəqqəti Prezident təyin edib.
Lakin o, 2021-ci ilin mayında eyni hərbi qrup tərəfindən uzaqlaşdırılıb.