Maliyyə bazarları ilə bağlı yeni qərar

23.12.2024

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Nazirlər Kabineti “Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi”ni təsdiq edib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu sənəd Rəqabət Məcəlləsinə əsasən hazırlanıb və maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərini, ümumi dövriyyəsinin həcmini) müəyyən edir. Bu sənəddə istifadə olunan anlayışlar Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью