“Maliyyə cəhətdən çətinliklər olsa da, iddialı heyət qurmağa çalışacağıq”

22.05.2025

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan II Liqasında 2024/25 mövsümünə yekun vurulub. “Göygöl” 26 turdan sonra 21 xalla mövsümü 11-ci pillədə başa vurub.

Klubun rəhbəri Surxay Məmmədzadə “Futbolpress.az“a açıqlamasında mövsümü dəyərləndirdi:

“Mövsüm maraqlı alındı. Liqanın son oyunları həlledici idi. Bəzi anlarda xal fərqimiz azalmışdı və bu, narahatedici olmuşdu. Autsayderlə 1-2 xal fərqinin yaranmasına baxmayaraq, ardıcıl qələbələrlə liqada yerimizi qoruya bildik”.

Funksioner yeni mövsümlə bağlı da danışdı:

“Planlarımız çoxdur. Ancaq indi mövsüm yeni bitib və nəsə qərar vermək, söz demək çətindir. Maliyyə cəhətdən çətinliklər olsa da, iddialı heyət qurmağa çalışacağıq”.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью