Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
Nazirlər Kabineti "Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsinin müəyyən edilməsi haqqında" 25 iyul 2024-cü il tarixli qərarında dəyişiklik edib.
"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qərar birbaşa şübhəli əməliyyatların monitorinqi informasiya sistemi ilə bağlı olacaq.