Maliyyə naziri Ukraynanın müharibədə ABŞın köməyi olmadan nə qədər davam gətirəcəyini deyi…
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın maliyyə naziri Sergey Marçenko ABŞ-dan yardım dayandırılsa belə, Ukraynanın ən azı altı ay ərzində Rusiyanın təcavüzünə qarşı durmaq üçün kifayət qədər vəsait və silaha malik olacağına inandığını bildirib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "El Pais"ə müsahibəsində bildirib.
O qeyd edib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vaşinqtondan mümkün yardımın dayandırılması Ukrayna üçün böyük problem və çağırışdır, ona görə də yeni administrasiya ilə əməkdaşlıq “prioritet strategiya” olmalıdır.
“Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısında müqavimət göstərmək üçün kifayət qədər resursumuz, silahımız, raket və artilleriya mərmilərimiz var.
Biz 2025-ci ildə sursat və lazımi hərbi texnikanın alınması üçün kifayət qədər büdcə vəsaiti ayıracağıq.
İndi biz ABŞ-dan lazımi silahları alırıq. Bu o deməkdir ki, ən azı ilin birinci yarısında və ondan sonrakı dövrdə biz bu təcavüzə qarşı durm
Marçenko vurğulayıb ki, Ukrayna ABŞ-dakı əsas müttəfiqləri ilə lazımi danışıqlar aparmaq üçün bu vaxtdan “ağıllı” istifadə etməlidir.
Tam oxu
Xəbəri oxu