Maliyyə Nazirliyi 361.8 milyon manatlıq istiqraz yerləşdirdi

15.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Sentyabrın 15-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201240030 ISIN kodlu və 720 gün tədavül müddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Yeni Sabah” xəbər verir ki, investorlar tərəfindən ümumilikdə 444.1 milyon manatlıq sifariş təqdim olunduğu halda, nazirlik 361.8 milyon manatlıq rəqabətli sifarişləri təmin edib. Hərracda ortalama ölçülmüş qiymət 98.4073 (6.8658%), kəsmə qiyməti isə 98.1634 (7.0000%) səviyyəsində müəyyənləşib.

Buraxılmış istiqrazlar üzrə ödəniş müddəti 15 sentyabr 2028-ci il tarixini əhatə edir. pizza mizza


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью